Bolonyada kecirilmiş son CERSAİE sərgisi dünya keramika istehlakçıları üçün Atlas Concorde şirkətinin yeni məhsulları ilə əlamətdar oldu. Bu sırada ilk yeri şübhəsiz ki, İtaliyanın Trentino-Alto-Adije dağlarının misilsiz porfir daşlarının interpretasiyası olan DOLMEN PRO seriyası tutur. Özündə porfir daşlarının xarakterik xüsusiyyətlərini əks etdirən DOLMEN PRO materialları yüksək texnoloji göstəriciləri ilə istər xarici məkanlar, istərsə də interyerlərin bədii tərtibatı üçün təkrarolunmaz effektlər yarada bilir. 22,5×22,5 cm-dən 120×278 cm ölçülərədək fərqli formatlarda istehsal olunan DOLMEN PRO keramoqranit plitələri memar və dizaynerlər üçün geniş imkanlar açır.
DOLMEN PRO seriyasının materialları tünd qırmızı, açıq boz, dolğun boz və qəhvəyi-bej çalarlı miks rənglərdə istehsal olunur. Təklif olunan rəng kombinasiyası onların müxtəlif variantlarda bir-biriləri ilə tamamlanmasını şərtləndirir.
DOLMEN PRO seriyası məhsullarının ölçü şkalası, rəng palitrası və misilsiz texniki keyfiyyətləri onların daxili və xarici məkanların paralel dizaynı zamanı böyük üstünlük əldə olunmasına şərait yaradır və xarici məkanlardan interyerə keçid zamanı harmoniya yaranmasına xidmət göstərir.