Bakı şəhəri. Ağa Nemətulla 32
+994 (12) 566-18-38 +994 (12) 566-18-38

Haqqımızda

Elay-Silvano İnvestment Company Azərbaycan-İtaliya MM-si və onun nəzdində VENEZİA dizayn salonu 1998-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində çox sayda fərdi mənzil və villalara İtaliya, Almaniya, Fransa, Hollandiya, İspaniya, ABŞ, İngiltərə və s ölkələrin qabaqcıl şirkətlərindən yüksək keyfiyyətli keramika, mozaika, santexnika, divar və yer örtükləri və digər materiallar təchiz edilmişdir.

Bununla yanaşı müəssisəmiz xeyli sayda mühüm dövlət və ictimai lahiyələrə materialların təchizatı və əlaqədar işlərin görülməsi üzrə xidmətlər göstərmişdir. Bu lahiyələr sırasında Four Seasons Hotel Baku, Flame Towers, Jumeirah Beach Hotel, Şahdağ Turizm Kompleksi, İntourist Hotel, Qəbələ Shenout Hotel, Paşabank, BTB bank, Bank of Baku, Milli Gimnastika Mərkəzi, Bakı İdman Sarayı, Caspian Waterfront, H.Əliyev Mərkəzi, Ə.Əliyev parkı, Nizami parkı, Sabir parkı, Bakı bulvarı, Çinar Plaza, Çıraq Plaza, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, Baş Prokurorluq və digərləri xüsusilə önəmlidirlər. Bizim xarici partnyorlar arasında aparıcı dünya brendləri Atlas Concorde (İtaliya), Ariostea (İtaliya), Bisazza (İtaliya),Disano (İtaliya),Grohe (Almaniya),Sylvania (İngiltərə),Ulster (İngiltərə),LSİ (ABŞ), Oasis (İtaliya), Actiu (İspaniya), KT-Exclusive (Almaniya) və başqalarını fərqləndirmək olar.

Biz 15 ildən artıq müddətdə MACE (İngiltərə), AECOM (ABŞ), Hill İnternational (ABŞ), HBA (ABŞ), Richardonsmith (İngiltərə), Zaha Hadid Studio (İngiltərə), Blu Sky Hospitality (İngiltərə), Brodway Malyan (İngiltərə), DİA (Türkiyə), İLK İnşaat (Türkiyə), Sinerji Pro (Türkiyə), HALLA (Koreya) və digər məşhur memarlıq, dizayn, inşaat və konsaltinq firmaları ilə uğurlu əməkdaşlıq edirik. Layihələrdə istifadə olunması məqsədilə yeni materiallarımız və inşaat texnologiyaları ilə bağlı sizinlə ğörüşmək üçün uyğun zaman bildirmənizi rica edirik.